Türkiyə hərbçiləri terrorçuların Afrindəki mövqelərinə zərbələr endirib


Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın Suriyadakı PYD və YPG-yə aid qollarının mövqelərinə artilleriya zərbələri endiriblər. "Haber7"yə istinadən xəbər veririk ki, Türkiyənin Hatay əyalətinin Kırıkhan və Hassa rayonlarından Suriyadakı əks tərəfə 10 top atəşi edilib. PYD və YPG terrorçuları Afrin bölgəsindən Türkiyə ərazisinə təcavüz xarakterli atəş açdıqları üçün qarşı tərəf qanunla cavab zərbəsi endirib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 223 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 20.01.2018, 00:22

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM