Dağlıq Qarabağda ermənistan əsgəri intihar edib » OTV - İnternet Televiziyası

Dağlıq Qarabağda ermənistan əsgəri intihar edib


İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər güllələnib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-na keçən gecə Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin müdafiə məntəqəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Arutyun Xaçatryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Araşdırma aparılır. Bu arada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb. Bu barədə “news.am” saytı xəbər yayıb. Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. “Kia Sorento” markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb. Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 160 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet Tarix: 17.01.2018, 00:23

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM