Suriyada tibbi təxliyə əməliyyatları başlayıb


Tibbi təxliyə əməliyyatı iğtişaşın yaşandığı Şərqi Qətər ərazisində həyata keçirilib.

OTv xəbər verir ki, vəziyyəti ağır olan 4 nəfər gecə saatlarında Qırmızı Xaç və Aypara cəmiyyətinin beynəlxalq əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. Digər 25 nəfərin növbəti günlərdə təxliyə edilməsi gözlənilir, bununla belə, yüzlərlə yaralının təcili tibbi yardıma ehtiyacı var. 400000 nəfər sakin 2013- cü ilən bəri hökümət qüvvələrinin mühasirəsi altındadır. Şəqi Qətər hökümətin əsas müttəfiqləri olan Rusiya, İran, Tükiyə tərəfindən təxliyədən kənar ərazi olaraq elan edilib. Nəzərinizə çatdıraq ki, Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində əhali ərzaq, yanacaq qıtlığından və kəskin hava şəraitindən əziyyət çəkir. Suriya Amerika Tibb Cəmiyyəti üsyanların baş verdiyi Suriya ərazilərinə xəstəxana işçilərini cəlb etdiyini və vəziyyəti ağır olan digər 29 şəxs üçün təxliyə əməliyyatlarının təsdiqləndiyini açıqlayıb.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 213 | Kateqoriya: Hərbi Tarix: 27.12.2017, 14:24

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM