Cənubi Koreya nüvə nəzarət komandası yaradır


Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyadan gələn təhlükədən xəbərdar olmaq və lazımı tədbirlər görmək məqsədilə nəzarət bürosu yaradır.

OTV xəbər verir ki, Şimali Koreya başçısı Kim Conq Unun ölkədəki raket və nüvə silahları proqramına nəzarət etdiyi üçün Pyonqyanqdan təhlükənin baş qaldırması diqqət mərkəzindədir. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, yeni plan rəqib ölkənin təxribat cəhdlərinə və hücumlarına daha praktiki şəkildə cavab vermək üçün icra edilir. Nəzərinizə çatdıraq ki, təxminən bir ay öncə Şimali Koreya Hwasong-15 markalı raketi sınaqdan keçirməklə beynəlxalq normaları pozmuşdu və Birləşmiş Təşkilatlar Təhlükəsizlik Şurası Pyanqyanqı cəzalandırmaq məqsədilə Şimali Koreyaya sanksiya tətbiq edib, Şimali Koreya Xarici İşlər Naziri isə BM qətnaməsinin müharibəyə çağırış olaraq qəbul edib.


Mənbə: CNN news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 245 | Kateqoriya: Hərbi Tarix: 26.12.2017, 15:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM