Perunun sabiq prezidentinin əfv edilməsini toqquşma ilə nəticələnib


Paytaxt Limada insanlar prezidentin əfv edilməsinə qarşı etiraz ediblər.

OTV xəbər verir ki, polis qüvvələri sabiq prezident Alberto Fuximorinin əfv edilməsi qərarından sonra küçələrə toplaşaraq etiraz edən insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Prezident Pedro Pablonun Fuximorini əfv etməsinin əsas səbəbi sabiq prezidentin səhhəti ilə bağlıdır. Prezident Pablo qərarırın qəzəb doğurduğunu qəbul edib, lakin Alberto Fuximorinin bu cür səhhətlə həbsxanada qalmasına icazə verməsinin mümkün olmadığını bildirib. İnsan hüquqlarını pozduğuna və rüşvətxorluqla məşğul olduğuna görə 25 il məhkum edilən Fuximori keçən həftə həbsxanadan xəstəxanaya yerləşdirilib. Nəzərinizə çatdıraq ki, sabiq prezident aşağı qan təzyiqi və ürək xəstəliyindən əziyyət çəkir.


Mənbə: BBC
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 125 | Kateqoriya: Hərbi Tarix: 26.12.2017, 13:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM