Birləşmiş Krallıq Rusiyanın kiber hücumuna qarşıdır


Conson Rusiyaya Britaniyanın milli təhlükəsizliyini təhlükə altına salan kiber hücumlarını dayandırmaqla bağlı xəbərdarlıq edib və əks təqdirdə eyni növ hücumla Rusiyanın qarşılaşacağını bildirib. OTV xəbər bildirirki, o Birləşmiş Krallığın düşmən mövqeyində olmadığını, lakin kiber hücumlarının qarşısının alınmasında kifayət qədər texniki bacarığının olduğunu açıqlayıb. Nəzərinizə çatdıraq ki, Boris Conson 5 il ərzində Rusiyaya səfər edən ilk xarici işlər naziridir. BBC-nin diplomatik nümayəndəsi Ceyms Robins iki ölkə arasında əlaqələrin ən yaxşı vəziyyətdə pis olduğunu bildirib. Conson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək Birləşmiş Krallığın Rusiyanın düşmən münasibəti qəbul etməyəcəyini bildirib. Conson həmçinin növbəti il Rusiyada keçiriləcək dünya kubokunda İngiltərə futbolçularının təhlükəsizliyinin təmin edilməsini vurğulayıb.




Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 234 | Kateqoriya: Hərbi Tarix: 22.12.2017, 13:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM