Dəniz donanması işçisinin gözlənilməz səfəri


Saylor orta məktəbinin tələbələrinə gözlənilməz bir sürpriz təşkil edilib. Müəssisə başçısı uşaqlara onlar üçün əziz və dəyərli qonağın gələcəyini bildirdikdən sonra uşaqlar oxuduqları kitabın növbəti bölməsinin oxunması üçün səbirsizliklə qonağı gözləyiblər. Sonra isə, dəniz donanması işçisi Trevor More uşaqlara təqdim olunub və uşaqlar qonağın ataları olduğunu bilərkən atalarının qucağına atılaraq onu bərk qucaqlayıblar. Nəzərinizə çatdıraq ki, Trever More təxminən 11 ildir ki, Əfqanıstan, Küveyt və Yaponiyada xidmətə göndərilib. Trever uşaqlardan, ailəsindən uzaqda qalmağın çətinliyindən danışıb və gözlənilməz gəlişini yeni il hədiyyəsi kimi qiymətləndirib.




Mənbə: Military.com
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 101 | Kateqoriya: Hərbi / Dünya Tarix: 21.12.2017, 16:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM