Ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qalibləri mükafatlandırılıblar


Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim məkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilib.

Yarışlar çərçivəsində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən “Qaraheybət” və digər təlim mərkəzlərində, poliqonlarında “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

OTV xəbər verir ki, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində müsabiqə qaliblərinin mükfatlandırılma mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani yarışların keçirilməsi və nəticələri haqqında məlumat verib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib. Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək qaliblər müəyyən edilib.

Diqqətə çatdırılıb ki, yarışlar bir neçə istiqamət üzrə - motoatıcı, tank, kəşfiyyat, mühəndis tabor, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 51 | Kateqoriya: Hərbi Tarix: 20.12.2017, 18:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM