Terrorist qrupu Kabulda Əfqan kəşfiyyat düşərgəsinə hücum edib


İŞİD terrorist qruplaşması 1 ci gün Əfqanıstanın paytaxtı Kabulda kəşfiyyat mərkəzinə hücum edib və təhlükəsizlik qüvvələri ilə silahlı hücum baş verib.  OTV xəbər verir ki, daxili İşlər Nazirliyi sözçüsü olan Nəsrət Rəhimi döyüşün Əfqan təhlükəsizlik qüvvələrinin 3 hücumçunu öldürməsi ilə başa çatdığını bildirib. İslam Dövləti və Taliban qruplaşması arasında da həmçinin toqquşma yaşanıb. İki qrup arasında ideologiya və liderlik üstündə gərgin mübarizə gedir. Nəzərinizə çatdıraq ki, güclü İslam dövləti son illər ərzində Əfqanıtanda peyda olub və əksəriyyəti keçmiş taliban üsyançılarından təşkil olunub. Islam dövtət qrupu Taliban qruplaşması kimi geniş yayılmasa da, lakin əsas etibarilə şiyələr və təhlükəsizlik qüvvələri olmaqla çoxlu sayda hücumlar təşkil edib.

Mənbə: Military.com
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 39 | Kateqoriya: Hərbi Tarix: 19.12.2017, 16:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM