İrandan ABŞ-ın iddialarına cavab


İran ABŞ-ın Avropa Birliyindəki səfiri Nikki Haleyin ölkə ilə bağlı iddialarına cavab verib. OTV-nin xəbərinə görə, ABŞ-ın Avropa Birliyindəki nümayəndəsi Nikki Haley son çıxışı zamanı bildirmişdi ki, İran Avropa Birliyi qətnamələrini kobud şəkildə pozaraq Yəməndəki Houti üsyançılarına yardım edib. Xanım səfir öz iddialarınıSəudiyyə Ərəbistanı qüvvələri tərəfindən aşkar edilən və İran tərəfindən istehsal edildiyi güman edilən yaxın məsafəli ballistik silahlarla əslandırsa da , silahların nə zaman və hansı şəkildə ölkəyə keçirilməsi ilə bağlı məlumat əldə edə bilmədiklərini ifadə edib.

Bu iddialara cavab olaraq İran İslam Respublikası ölkədəki İsveçrə səfirliyinə rəsmi bəyanat göndərib( 1980-ci ildə52 ABŞ-lı tələbənin 444 gün İranda əsir saxlanmılmasından sonra ABŞ-ın bu ölkədə hər hansı rəsmi nümayəndəliyi yoxdur və İsveçrə səfirliyi burada ABŞ-ı da təmsil edir). Bəyənatda ABŞ-ın iddalarını əsassız adlandıran İran rəsmiləri ölkənin AB qətnamələrini hər hansı şəkildə pozmadığını və Houtilərə hər hansı silah yardımının edilmədiyini bildirib.

Məlumat üçün bildirək ki, Yəməndəki münaqişə keçmiş müttəfiqlər Houti qüvvələri və Saleh birlikləri arasındakı noyabrdan başlayan toqquşmalar səbəbindən çox kəskinləşib və bunun nəticəsi olaraq dekabrın 4-də Saleh qətlə yetirilib.

Yəmən prezidenti Abd Rabbuh Mansur Hadinin çağırışı ilə 2015-ci ilin martından bəri Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya Yəməndəki Houti qüvvələrinə qarşı hava hücumları həyata keçirməkdədir.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 231 | Kateqoriya: Hərbi Tarix: 19.12.2017, 15:43

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM