Rusiya nüvə arsenalı və yeraltı sığınacaqların sayını artırır


Rusiya nüvə silah anbarını genişləndirməyi planlaşdırır. Kremlində nüvə müharibəsində hərbi və mülki əhalini qorumaq üçün bir neçə yeraltı nüvə və nəzarət avadanlıqları müasirləşdirilir. OTV xəbər verir ki, genişləndirmə tədbiri ordu nəzarət razılaşmalarının kiçik nüvə silahlarını nəzərdə tutmadığını bildirir. Pentaqondan alınan məlumata əsasən, Rusiyanın nüvə silah anbarına 7000-8000 miqdarında yeni taktiki nüvə silahları gətiriləcək. Qeyri-strateji nüvə silahları adlanan taktiki silahlar tam olaraq düşmən donanma və ordusunu darmadağın etmək üçün nəzərdə tutulub. Bu silahlar ordu nəzarət razılaşmasında nəzədə tutlmayıb, bununla belə, Amerika Birləşmiş Ştatları Rusiya ilə yalnız qetri-strateji nüvə silahlarını əhatə edən müqavilə imzalamaq niyyətindədir. Rusiyanın genişləndirmə tədbirinin səbəbi Amerikanın günü- gündən inkişaf edən ballastik raket müdafiəsidir, baxmayaraq ki, bu əsas olaraq İran və Şimali Koreya kimi düşmən ölkələrin nüvə raketlərinin məhvi üçün nəzərdə tutulub, Rusiyanın nüvə müdafiəsinin də məsələdə öz yeri var. Digər səbəb isə nüvə silahlarının təhlükəsizliyin təmin edilməsində ucuz və əlverişli yol olmasıdır.

Mənbə: Popular Mechanics
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 146 | Kateqoriya: Hərbi Tarix: 19.12.2017, 14:21

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM