ABŞ-ın Şimali Koreya ilə müharibə şansları


ABŞ-ın Şimali Koreya ilə müharibə şanslarına münasibət bildirən ABŞ-ın Milli Təhlükəsizlik Məsləhətçisi Raymond Makmaster bildirib ki, bu Koreya yarımadası böhranına daxil olan bütün ölkələrin atacağı gələcək addımlardan asılıdr. OTV-nin xəbərinə görə, ABŞ-ın sülh yolu ilə danışıqlar aparmaq niyyətindən söz açan Makmaster onu da qeyd edib ki, sülh danışıqları istəyi ölkəsinin heç də hər hansı hərbi müdaxilədən çəkinəcəyi demək deyil. O qeyd edib ki, ABŞ Şimali Koreyanı nüvə silahlarından təmizləmək üçün istənilən vasitədən istifadə edə bilər. Bunun danışıqlar və ya silah gücünə olacağı isə Şimali Koreyanın öz seçimidir.

Məlumat üçün bildirək ki, Şimali Koreya sonuncu dəfə Noyabrın 28-də tarixinin ən güclü nüvə silahını sınaqdan keçirib. Buna cavab olaraq da, ABŞ və Cənubi Koreya hərbi xidmət orqanları minlərləhərbi heyət və vasitələrin iştirakı ilə Koreya yarımadasında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 133 | Kateqoriya: Hərbi Tarix: 19.12.2017, 02:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM