ABŞ ordusu Şimali Koreya tunellərində kəşfiyyat əməliyyatına hazırlaşır

ABŞ ordu hissələri Şimali Koreya ərazisində yeraltı tunellərdə kəşfiyyat əməliyyatları icra etmək, lazım gəldiyi təqdirdə müharibə aparmaq üçün hazırlıq tədbirləri görür. OTV xəbər verir ki, ordunun 1-ci süvari bölməsinin əsgərləri müharibədə Şimali Koreya tunellərinin təhlükəsizliyini təmin etmək üçün yeraltı tunellərdə hazırlıq işləri görürlər. Şimali Koreya rejim rəhbərliyini təmin etmək üçün çoxlu sayda tunel, yeraltı avadanlıqlar və nüvə silahlarına malikdir. Şimali Koreya bu ləvazimatlarla hava hücumundan qorunmaq iqtidarındadır. ABŞ-ın əsaq məqsədi isə baş verə biləcək müharibədə Şimali Koreya tunellərinə bələd olmaqdır. Həmin zamana qədər ABŞ ordusu baş verə biləcək hər bir ehtimal üçün hazır olmalıdır.
Mənbə:Popular MechanicsTərcümə etdi: Sevinc Nəhmədova
Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.