Çinin indiyə qədərki ən təkmilləşmiş təyyarə daşıyıcısı


Çinin ikinci təyyarə daşıyıcısı istifadəyə verilmək üzrədir və ilk təyyarədən fərqli olaraq tam olaraq Çin Xalq Azadlıq Ordusunun tələblərinə cavab verir. OTV xəbər verir ki, yeni gəmi orijinalla bir çox xüsusiyyətlərinə görə eynilik təşkil edir, lakin yeni istehsalda əsaslı dizayn dəyişiklikləri nəzərə çarpır. Pekinin ilk təyyarə daşıyıcısı Ukrayna gəmiqayırma zavodunda hazırllanıb. Varyaq  adlı bu gəmi Sovet İttifaqının 1991-ci ildə süqutu zamanı tam olaraq hazır deyildi və 1998-ci ildə Çin sahibkarları tərəfindən satın alındı. Çin hakimiyyət orqanları tamamlanmamış gəmini yenidən müasirləşdirdilər və 2012 ci ildə gəmi Lianing adı ilə Çinin ilk təyyarə daşıyıcısı olaraq istifadəyə verildi. Hələlik yalnız 001A kimi tanınan ikinci təyyarə daşıyıcısı ilə bağlı hazırlıqlar 2017-ci ilin aprelində başlayıb və artıq istifadə üçün hazırdır.

Mənbə: Daily Military News
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 93 | Kateqoriya: Hərbi Tarix: 18.12.2017, 17:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM