Zədələnmiş F-22 qırıcı təyyarəsi yenidən istifadəyə veriləcək.

ABŞ Hava qüvvələrinin verdiyi məlumata əsasən, 6 il bundan öncə baş verən qəza nəticəsində yarazsız vəziyyətə düşmüş F-22 qırıcı təyyarəsi yenidən istifadəyə veriləcək. OTV-nin verdiyi xəbərə görə, qırıcı təyyarə 2012-ci il mayın 31-də təcrübəçi pilotun Florida ərazisində enmə əməliyyatını icra edərkən yararsız hala düşmüşdü. Qəza baş verərkən təyyarə idarə etmək pilotun sayca 3-cü təcrübəsi idi və o yüngül xəsarətlə qəza yerindən qurtula bilmişdi. 4 il davam edən təmir işlərindən sonra qırıcı təyyarə yenidən xidmətə təqdim olunacaq.
Mənbə: Daily Military NewsTərcümə etdi: Sevinc Nəhmədova
Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.