Kürdlərin təmsilçisi: "Suriya milli qüvvələri Afrindədir"


"Suriya Milli Qüvvələrinin karvanı sağ-salamat Afrinə daxil olub"  bu sözləri yerli kürd "özünümüdafiə qüvvələri"nin nümayəndəsi Reyzan Xedu deyib.  R. Xedu Türkiyə artilleriyasının zərbələrindən sonra Suriya qüvvələrinin geri çəkilməsi barədə Türkiyə tərəfinin açıqlamalarını təkzib edib. O, qüvvələrin artıq Afrində olduğunu bildirib. R. Xedu qeyd edib ki, kürdlər mütəmadi olaraq Suriya ordusu, Dəməşq və Afrindəki rəhbərliklə təmasdadır.  Qeyd edək ki, Suriya Milli Qüvvələri Bəşər Əsədi dəstəkləyən könüllülərdən ibarət silahlı birləşmədir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 200 | Kateqoriya: Hərbi / OTV Xəbər / Manşet / Dünya Tarix: 21.02.2018, 00:27

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM