İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var - Mingəçevirdə

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 12:40    
İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var - Mingəçevirdə OTV Day.az-a istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, "Mersedes" və "Mitsubişi" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mitsubişi"də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

Məlumata görə, qəza törədən 66 AA 155 dövlət qeydiyyat nişanlı "Mersedes" Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz