Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 21-09-2017, 19:44    
Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb OTV Azertag.az-a istinadən xəbər verir ki, saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun ayrı-ayrı vaxtlarda şəhər ərazisində yerləşən şadlıq evlərində keçirilən toy məclislərində 11 nəfərin mobil telefonunu oğurladığı məlum olub.

E.Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb. E.Ələkbərovun bu qanunsuz əməlləri şadlıq evlərinin müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-yə və 1-ci PB-yə müraciət edə bilərlər.

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz