Sentyabrın 8-nə hazırlaşın: Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:03    
Sentyabrın 8-nə hazırlaşın: Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ OTV Xezerxeber.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radiodalğalar İnstitunun Kosmik Hava Məlumatı Mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib.
Onun sözlərinə görə, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların əhvalının pisləşməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, gücündən asılı olaraq, günəşdə baş verən partlayışlar beş sinifə bölünür: A, B, C, M, X.Sergey Qaydaşın sözlərinə görə, yeni maqnit qasırğası M sinfindən olan partlayış nəticəsində yaranacaq. Partlayışın təsiri 8-9 sentyabr tarixlərində Yer kürəsinə çatacaq.
Günəşdə baş verən partlayışlar nəticəsində ətrafa böyük miqdarda enerji buraxılır. Bir saniyə ərzində Günəşdən ayrılan enerjinin beşdə bir hissəsi Yer kürəsində milyon il ərzində (müasir templərlə istehsalı şərti ilə) istehsal olunan enerjiyə bərabərdir.


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz