Zəlzələ əsnasında nələr etməliyik?


Zəlzələ əsnasında can itkisinin çox olmasının əsas səbəbi olaraq insanların panikaya düşməsi və özlərini necə qorumalı olduqlarını bilməməsi göstərilir. OTV ailəsi olaraq bu dəfə zəlzələ əsnasında nə etməliyik deyə düşündük və bu mövzu ilə bağlı oxuyucularımızı maarifləndirmək qərarına gəldik.
Əgər zəlzələ anında bina içindəsinizsə, qətiyyən panikaya düşməyin və pəncərə, böyük şkaflar və qapılardan uzaq durun. Özünüzə sizi qoruyacaq bir yer (bu masaaltı, sandıq, divan, kreslo yanı ola bilər) tapıb, oraya sığının. Bu zaman başınızı iki əlinizin arasına alaraq və ya onu kitab və yastıqlarla qoruya bilərsiniz.
Zəlzələ əsnasında əgər bina daxilindəsizsə binanı tərk etməyə çalışmayın və liftlərdən və pilləkənlərdən uzaq durun. Faktlar göstərir ki, əksər yaralanmalar məhz insanlar qaçmağa çalışırkən baş verir.
Əgər təkərli arabada isəniz, arabanin təkərini kilitləyib, başınızı qorumağa çalışın. Zəlzələ zamanı çöldə olduğunuz təqdirdə, elektrik xətlərindən, binalardan və ağaclardan uzaq durun.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 213 | Kateqoriya: Hadisə Tarix: 08.12.2017, 15:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM