Bakıda bankdan 10 min dollar oğurladılar

Xəbərin çap versiyası
Tarix: 28-07-2017, 17:54    
Bakıda bankdan 10 min dollar oğurladılar Bakı şəhər sakininə Portuqaliyadan göndərilən pulu bankdan naməlum şəxs aparıb.

OTV Milli.Az istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu "Bank of Baku"nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C ünvanındakı ofisindən naməlum şəxs çıxarıb. Bundan xəbər tutan E.İbrahimov polisə müraciət edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz