Qubada məktəbli qardaşlar robot düzəldib


Qubanın Amsar kənd tam otra məktəbinin 9-cu sinif şagirdi Hüseyn Ramazanov və qardaşı Emil hidravlik üsulla idarə olunan robotlar düzəldiblər. Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb. Hazırda onlar daha mürəkkəb qurğu üzərində çalışır. Külək dəyirmanı adlandırdıqları yeni qurğu vasitəsi ilə küləkdən elektrik enerjisi almaq mümkün olacaq. Məktəblilərin fizika müəllimi Habil Bayramlının sözlərinə görə, Ramazanovlar qardaşlarının fizika fənninə böyük maraqları var. Bu səbəbdən də onlar hər gün yeni qurğu lahiyəsinin ideyasının verirlər. Qeyd edək ki, yeniyetmələr dərslərini də yaxşı oxuyurlar. Robotları isə asudə vaxtlarında düzəldirlər. Hər iki məktəbli gələcəkdə ali təhsil alıb, elmin sirlərinə daha dərindən yiyələnməyi qarşılarına məqsəd qoyublar.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 246 | Kateqoriya: Gündəm / OTV Xəbər / Manşet Tarix: 16.01.2018, 23:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM