“İnayə Xeyriyyə” İctimai Birliyi növbəti aksiyasını keçirib


Noyabrın 4-ü Azərbaycanda baş tutan və 10-dan çox maraqlı spikerin, 200-dən çox marketoloqun iştirak etdiyi “Marketing Meeetup” tədbiri marketinq ictimaiyyətində əlavə bir yeniliyə imza atıb.

“Marketing Meetup” Viral & Guerrilla tədbirinin son günlər sosial medianın marağına səbəb olan “4noyabr” həştəqli viral kampaniyasının qalibi xüsusi proqram vasitəsi ilə seçilib.

“İnayə Xeyriyyə” İctimai Birliyi tərəfindən Aksiyası kimsəsiz və yoxsul ailələr üçün xeyriyyə aksiyası “4noyabr” marketinq tədbirinin kampaniya qalibi sosial media istifadəçisidir. Belə ki, o “bir-iki dönər” restoranının vəd etdiyi 100 ədəd dönər hədiyyəsini xeyriyyə cəmiyyətinə bağışlayıb.

OTV olaraq aksiya ilə bağlı Zaur Əzimovdan aldığımız məlumata görə, “əvvəla onu deyim ki, sağ əlin verdiyini sol əl bilməz. Bu aksiyanın işqılandırılması “İnayə Xeyriyyə” İcitmai Birliyi tərəfindən baş tutub və mən isə şəxsi profilimdə paylaşmışam. Sadəcə hər kəsə maraqlı idi ki, bu hədiyyələr hara gedir və bu səbəbdən işıqlandırılması daha yaxşı oldu. “4noyabr”la bağlı hədiyyəsini verməyənlər də var, amma onsuz hədiyyəsini bağışlayanların adı profilimdə paylaşılır. Fərq etmir - istər balaca hədiyyə, istər böyük hamısı paylaşılır. Hədiyyəni qazananlardan əlaqə saxlayıb bağışlayacağını deyənlər də var. Amma bəzi şirkətlərlə özüm əlaqə saxlamışam hansı ki, xeyriyyə məqsədli olanlar idi. Onlardan isə bəziləri təhsil haqlarına, bəziləri də ərzaq yardımına gedəcək”.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 200 | Kateqoriya: Gündəm / Manşet Tarix: 30-11-2017, 14:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM