Lənkəranda bir neçə sakin vəhşicəsinə döyülüb



Lənkəran rayonunun Liman şəhəri ərazisində naməlum şəxslər evlərə girərək ev sahiblərini döyüb. Hadisələrin birində 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu naməlum şəxslərin zorakı hücumuna məruz qalıb. Xəsarət alan yeniyetmə oğlan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən gəncin vəziyyətinin ağır olduğu bildirilir. Həmin ərazidə evində döyülən digər şəxs isə 50 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu olub. Naməlum şəxslər onun evinə girərək yatdığı yerdə xəsarətlər yetirib. Zərərçəkmiş başından və qolundan kəsici alətlə gözlənilməz zərbələr alıb. N.Həsənov da xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə vəhşicəsinə döyülüb. Onlardan S.Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 57 | Kateqoriya: Gündəm / OTV Xəbər / Manşet Tarix: 16.01.2018, 01:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM