Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir...

Xəbərin çap versiyası
Tarix: 4-06-2017, 20:31    
Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir... Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

***

saat 14.43

Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva APA-ya açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

Hazırda nazir həkimlərin nəzarətindədir.

Qeyd edək ki, bu barədə ilkin xəbəri Lent.az saytı yayıb.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz