Abu Dabi yeni asanlaşdırılmış vizanı təqdim edir


Abu Dabi Mədəniyyət və Turizm Departamenti, Abu Dabi Aeoroportları, Etihad Hava Yolları və Abu Dabi Yaşayış və Xarici İşlər üzrə Ümumi Direktoratlığı bu gün yeni viza sisteminin tətbiqinə start verildiyini elan etdi. Bu yeni tətbiq hesabına istər ölkə ərazisinə gələn, istərsə də ölkə ərazisindən gedən sərnişinlər öz vizalarını 15-30 dəqiqə ərzində ala bilərlər.

Yeni xidmət Abu Dabi Beynəlxalq Aeoroportundakı Terminal 3 tranzit ərazisində tətbiq edilməyə başlanılıb. Bu xidmətə Abu Dabi Beynəlxalq Aeroportu vasitəsiylə səyahət edən bütün millətlərin nümayəndələri üçün 4 günlük və ya 96 saatlıq viza verilişinin aktivləşdirilməsi də daxildir.

Viza rejimindəki bu yeniliklər ölkəyə turist axınını artırmaq üçün həyata keçirilən “Abu Dabidə həyat“ layihəsinin tərkib hissəsidir. Bu ilin mayında yaradılan bu layihə Abu Dabidə ictimai xidmət sahələrinin inkişafini nəzərədə tutub.

Yeni viza sistemi bir sıra funksiyaları yerinə yetirəcək və səyahətçilər üçün turist vizalarının verilişini asanlaşdıracaq. Belə ki, viza almaq üçün T3 tranzit ərazisinə yaxınlaşan sərnişinlər müraciətləridən maksimum 30 dəqiqə sonra vizalarını ala biləcəklər.

Bunlardan başqa, Abu Dabiyə yeni turistlər cəlb etmək üçün 96 saatlıq tranzit viza da təqdim ediləcək.Qiyməti 300 dirhəm olan bu vizadan Birləşmiş Ərəb Əmirliklərindən səyahət edən və yaxud da təyin edilmiş ünvana çatmaq üçün Abu Dabidən keçid kimi istifadə edən və hava limanında gözləmə müddəti 4 saatı keçən sərnişinlər istifadə edə bilər. Sərnişinlər tranzit vizasını aeroportdda və ya onlayn portal vasitəsiylə ala bilərlər. Əgər turist paytaxtda daha çox qalmağı qərara alıbsa, o zaman tranzit vizası turist vizasına dəyişdirilə bilər.

Yaşayış və Xarici İşlər üzrə Baş Direktor Briqadir Mənsur Əhməd Əli Əl Daheri bildirib ki, onun departamenti turizm şirkətləri üçün qeydiyyat prosesini həyata keçirir və turizm sahəsində çalışmaq istəyən şirkətlər və şəxslər üçün seminarlar təşkil edir.

Onun sözlərinə görə, yeni gəliş vizası sisteminin tətbiqi ölkənin turizm, iqtisadiyyat və təhsil sahəsindəki region liderliyi mövqeyini qorumaq cəhdlərini daha da gücləndirir.

Rəsmilərin sözlərin görə hər il 15 milyondan artıq səyahətçi Abu Dabi hava limanını keçid kimi edir. Beləliklə , 96 saatlıq vizanın tətbiqi gözləmə müddətini səmərəli keçirmək istəyən çoxlu sayda keçid sərnişinləri ölkəyə cəlb edə bilər. Bu prosesi asanlaşdıran ən önəmli məqamlardan biri də odur ki, sərnişinlər bu vizanı yalnız 30 dəqiqə ərzində ala bilərlər.

Yeni sistemin tətbiqindən sonra, Abu Dabinin hər 3 bölgəsindəki otellərdə dünyanın müxtəlif yerlərindən səfər edənturistlərin sayının nəzərə çarpacaq dərəcədə artacağı gözlənilir. Sonuncu göstəricilər də bunu bir daha sübut edir. Belə ki , 2017-ci ilin oktyabrındakı göstəriciləri ötən ilin həmin ayı ilə müqayisə etdiyimiz zaman 418.883 yerli və xarici turistin Əmirliyin 163 müxtəlif otellərində qeydiyyatdan keçməsi ilə turist sayının 18% artığını müşahidə edə bilərik.


 Mənbə: Emirates 24/7
 Tərcümə: Firuzə Məmmədova OTV üçün 
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 56 | Kateqoriya: Gündəm Tarix: 29-11-2017, 04:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM