Yaponiya sahillərində peydə olan “kabus gəmi“də insan skletləri aşkar edilib.


Yaponiya rəsmiləri dəniz kənarında tapılan taxta qayıqdakı 8 insanın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Qayıq şimali Akita perfeturasında aşkar edilib.Bu hadisə eyni ərazidə Şimali Koreya balıqçıları olduğu iddia edilən bir qrup insanın tapılmasından bir neçə gün sonra qeydə alınıb.

Şəxsi heyyəti olmadan göyərtəsində insan cəsədləriilə tapılan belə gəmilər “kabus gəmi”adlanır və tez-tez Yaponiyanın Şimali Koreya istiqamətindəki qərb sahillərində rast gəlinir.

Yaponiya televiziyası NHK bildirir ki,sonuncu dəfə belə gəmi bazar günü Oqa şəhəri sahilində aşkar edilib . Gəminin mütəxəsislər tərəfindən yoxlanışı zamanı orada hər hansı cihaza rast gəlinməsə də, 8 insanın çürümüş qalıqlarını tapmaq mümkün olub.

Kyoda xəbər agentliyi bildirir ki, sahil gözətçiləri həmin gəmi və onun sərnişinlərinin Şimali Koreyadan olduğunu güman edirlər.

Bu hadisə oxşar hadisələr silsiləsində sonuncudur.Belə ki, cümə günü 8 insanı daşıyan digər bir taxta gəmi Yurihonyo şəhərində peydə olub.

Həmin şəxslərin sözlərinə görə onlar balıq tutmaq üçün yola çıxan Şimali Koreya balıqçıları olub və qayıqda yaranan nasazlıq səbəbi ilə Yaponiya sahillərinə yanaşıblar.

Rəsmiləri bildirirlər ki, tez-tez Yaponiya sahillərinə yan alan Şimali Koreyanın balıqçı gəmiləri sahil gözətçiləri tərəfindən xilas edilir.

BBCnümayəndəsi Selia Hatton bildirir ki, “kabus gəmilər “ Şimali Koreya hökumətininaclığın qarşısını almaq üçün tələb etdiyi yüksək dəniz məhsulu kvotası siyasətinin nəticəsidir.Belə ki, bu tələb balıqçıları köhnə,nasaz və lazimi cihazlarla təhciz ediilməmiş qayıqlarla dənizə açılmağa məcbur edir və təhlükə yaradığı zaman isə onlar Yaponiya sahil gözətçilərini köməyə çağırırlar.

Mənbə:BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 25 | Kateqoriya: Gündəm Tarix: 29-11-2017, 02:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM