Səudiyyə Ərəbistanı Şəhzadəsi Mitəb azadlıqda


Ölkədə davam etməkdə olan rüşvətxorluq qalmaqlında adı hallanan Səudiyyə Ərəbistanı Şahzadəsi Mitəb bin Abdullah 3 həftəlik həbsdən sonra azadlığa buraxıldı.

Şahzadənin azadlığa buraxılması hökumət rəsmiləri ilə aparılan danışıqların nəticəsində 750 milyon hesabına mümkün olub.

Bir zamanlar taxta ən iddialı namizəd göstərilən 65 yaşlı Şahzadə noyabrın 4-də həyata keçirilən anti-korrupsiya əməliyyatları zamanı həbs edilən 200 şahzadə, nazir və biznesmendən biri idi. Xatırladaq ki , bu kütləvi həbs tədbirləri anti-korrupsiya əməliyyatı adı altında 32 yaşlı vəlihət Şəhzadə Mohammad bin Salman tərəfindən formalaşdırılan yeni hökumət tərəfindən həyata keçirilir.

Verilən məlumatlara əsasən daha 3 şəxs də pul hesabına azadlığa buraxılacaq.

Hökumət qüvvələrinə yaxın olan mənbədən Fransa-Press Agentliyinə verilən məlumatda bildirilir ki, Şahzadənin bu gün azadlığa buraxılması məlum olsa da , onun hal-hazırda harada olması , tam və ya ev dustağı şəklində azad edilməsi məlum deyil.

Şahzadə Mitəb kral ailəsini qorumaq üçün nəzərdə tutlan nüfuzlu təhlükəsizlik qüvvəsi Milli Mühafizəyə rəhbərlik etsə də , onun həbsindən bir neçə saat sonra bu nazirlik ləğv edilib.

Istintaqda iştirak edən rəsmilərdən biri bildirib ki, Şahzadə dindirmələr zamanı rüşvətxorluq iddialarını qəbul edib.

Hal-hazırda ölkəyə rəhbərlik edən vəlihət Şahzadə Mohammad bin Salman Nyu York Tayms qəzetinə verdiyi müsahibə zamanı mövcud hadisələrlə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə , əməliyyatlar zamanı həbs olunanların 95%-nin dəlilləri gördükləri zaman hər hansı yolla öz fəaliyyətlərində qanunsuzluqlara yol verdiklərini boyunlarına alıblar. Şahzadə eyni zamanda aparılan təmizləmə əməliyyatlarını hakimiyyəti ələ keçirmək üçün edilmiş həmlə olması iddialarını “cəfəngiyyat “ adlandırıb . Onun sözlərinə görə bu əməliyyatların nəticəsi olaraq onilliklər boyu hakimiyyət rüşvətxorluğu yolu ilə ölkə büdcəsindən oğurlanmış 100 milyardlarla dolları geri qaytarmaq mümkün ola bilər.

Səudiyyə Ərəbistanı əhalisi də aparılan əməliyyatlardan məmnun görünür. Onlar düşünürlər ki, bu təmizlənmə prosesinin nəticəsi olaraq ölkənin neft sərvətləri ümumi istifadəyə verilə bilər.

Mənbə: BBC

Tərcümə:Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 32 | Kateqoriya: Gündəm Tarix: 29-11-2017, 02:53

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM