Misirdə 15 hərbçi edam edilib » OTV - İnternet Televiziyası

Misirdə 15 hərbçi edam edilib


Misir 2013-cü ildə Sinai yarımadasında təhlükəsizlik qüvvələrinə qarşı törədilən hücumlarda təqsirli bilinən 15 hərbiçini edam etdirib.

Edamlar çərşənbə axşamı ölkənin şimalında məhkumların saxlanıldığı 2 həbsxanada baş tutub. OTV xəbər verir ki, onlar əsgərlərin edam edilməsi və hərbi avadanlıqların məhv edilməsində təqsirli bilinirdilər.

Bu 2015-ci ildə 6 cihadçının edamından sonra ölkədə baş tutan ilk kütləvi edamdır.

Cihadçı qrupların və İslam Dövlətlərinin törətdiyi terror hadisələri nəticəsində Sinai son zamanlarda təhlükəli zonaya çevrilib.

Keçən həftə İslam Dövləti tərəfindən tank əlehinə raketli helekopterin partaldılması nəticəsində bir ordu əməkdaşı həlak olub və 2 nəfərsə yaralanıb.

Noyabr ayında Şimali Sinaidə məscidin partladılması zamanı 250-dən çox insan həyatını itirmişdi.

Partlayışdan sonra Prezident Abdul Fattah al-Sisi güc hesabına olsa belə, Sinaidə vəziyyətin yoluna qoyulması ilə bağlı hərbi qüvvələrə 3 ay vaxt verib.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 306 | Kateqoriya: Gündəm Tarix: 26.12.2017, 17:44

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM