Misirdə tutulan Britaniyalı qadına hökm oxundu » OTV - İnternet Televiziyası

Misirdə tutulan Britaniyalı qadına hökm oxundu


Misirə qaçaq yolla ağrıkəsicilər keçirməyə cəhd edən britaniyalı qadın 3 illik həbsə məhkum edilib.

OTV-nin xəbərinə əsasən, 33 yaşlı satıcı Laura Plummer Britaniyada qanuni istifadəsinə icazə verilən, lakin Misirdə qadağan olunmuş 290 Tramadol həbini çemodanında Misirə keçirərkən həbs edilib.

Lauranın ailəsi bildirir ki, o həmin həbləri kürək ağrısından əziyyət çəkən misirli sevgilisi üçün aparırmış.

Hakim qarşısında ifadə verən Lauranın sözlərinə görə, dərmanları xroniki kürək ağrısından əziyyət çəkən sevgilisinə apararkən dərmanın Misirdə qadağan olunduğundan xəbərdar olmayıb.

Lauranın ailəsi onu da əlavə edib ki, məhkum həbsxanada çox acınacaqlı şəraitdə 25 qadınlı, çarpayısız hücrədə saxlanılır.

Qızlarının bu şəkildə məhkum olunması ilə razılaşmaq istəməyən ailə onun azad edilməsi üçün mübarizənin davam edəcəklərini bildiriblər.

Mənbə: Telegraph
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 238 | Kateqoriya: Gündəm Tarix: 26.12.2017, 21:09

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM