Rusiya Suriyada daimi hərbi hava qüvvələri formalaşdırır


Çərşənbə axşamı Müdafiə Naziri tərəfindən verilən bəyanatda bildirilir ki, Rusiya Suriyada daimi hərbi hava qüvvələrinin yaradılmasına başlayıb.

OTV-nin xəbərinə əsasən, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfəri zamanı Rusiya hərbi qüvvələrinin ölkədən geri çağırılması , lakin Tartus hərbi hava bazasındə istinadgah və Khmeimimdə hərbi hava limanının saxlanılması haqqında əmr vermişdi.

Bu əmrdən sonra artıq bu həftədən etibarən hərbi bazaların formalaşdırılması işinə start verilib.

Bu iki hərbi bazadan əlavə olaraq, Rusiya bu bölgədə 3 hərbi polis batalyonu və razılaşma mərkəzi saxlayacaq.

Keçən həftə Rusiya Dövlət Duması Tartusda Aralıq dənizi donanma təsisatını genişləndirməklə bağlı Bəşər Əsəd rejimi ilə əldə edilmiş razılaşmanı təsdiq etdi.

Sənədə əsasən, nüvə enerjili kreyslər də daxil olmaqla Rusiya gəmilərinin Suriya suları və limanlarına daxil olmasına icazə veriləcək.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 36 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 26.12.2017, 21:09

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM