Kanada Venesuellalı diplomatı ölkədən xaric edir


Kanada hökuməti Venesuellanın Ottavadıkı səfiri Vilmer Barrientos və onun müvəqqəti işlər vəkili Barrientos Fernandezi ölkədən xaric etdiyini elan edib.

OTV-nin xəbərinə əsasən, Xarici İşlər Naziri Krstia Frilənd bildirib ki, bu addım keçən həftə ölkənin Karakasdakı diplomatının qovulmasına cavab olaraq atılıb. Venesuella Kanadanı ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. Kanada Prezident Nikolas Maduro hökumətini insan hüquqları göstəricilərinə görə tənqid edir. Bu ilin əvvəllərində ölkədə hökumət əlehinə baş tutan etirazlar zamanı 120-dən çox insan qətlə yetirilib. Kanada hökuməti Venesuelladakı vəziyyəti qətiyyətlə pisləyir və Prezident Maduranı ədaləti olmağa çağırır. Bundan başqa ABŞ Prezidenti Donald Tramp Venesuella Prezidenti Nikolas Maduranı “diktator” elan etmiş və ölkəyə sanksiyalar tətbiq etmişdi.

Məlumat üçün bildirək ki, Venesuella dünyada ən yüksək inflisaya sahib ölkələrdəndir və ölkə uzun müddətdir ki, ərzaq qıtlığından əziyyət çəkir. 6 İllik hakimiyyət illərində insan hüquqlarının ciddi pozuntusu ilə yadda qalan Maduronun hakimiyyət müddəti 2019-cu ildə başa çatır və onun növbəti ildə prezidentliyə namizədliyini irəli sürəcəyi gözlənilməkdədir.

Mənbə: BBC

Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 24 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 26.12.2017, 15:26

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM