Kral ailəsinin fotosunu çəkən şanslı qadın » OTV - İnternet Televiziyası

Kral ailəsinin fotosunu çəkən şanslı qadın


Norfolk, Vatliqtonda yaşayan Karen Murdoç Milad günündə Kral ailəsi üzvlərinin fotosunu çəkməyə müvəffəq olub. OTV-nin xəbərinə əsasən, Şahzadə Harri, Şahzadə Viliam, Keyt Middilton və Meqan Marklın birlikdə eyni istiqamətə baxaraq gülümsədiyi foto insanlar tərəfindən çox bəyənilib. Bu foto növbəti gün the Sun, Daily Mail, Mirror , star Daily Telegraph kimi məhşur dünya nəşrlərinin üz qabığında çıxıb.

Çəkdiyi foto haqqında danışan 39 yaşlı həvəskar fotoqraf bildirib ki, belə yaxşı məqamı təsadüfən yaxalaya bilib. Onun sözlərinə görə bu fotonu çəkə bilmək üçün Kral ailəsi üzvlərinin diqqətini çəkmək kifayət idi. Xanım Murdoç çəkdiyi fotonu twitterdə paylaşdıqdan sonra internet istifadəçiləri arasında böyük marağa səbəb olub. Bir neçə xəbər ağentliyi isə fotonu almaq üçün artıq onunla danışıqlara başlayıb. Karen Murdoç öz növbəsində bildirir ki, fotonun müəllif hüquqlarını sata bildiyi tədqirdə əldə etdiyi pulu qızının universitet xərcləri üçün ödəyəcək.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 229 | Kateqoriya: Gündəm Tarix: 26.12.2017, 14:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM