Aleksey Navalninin Rusiya prezident seçkilərində iştirakına qadağa qoyulub


Rusiya müxalifət lideri Aleksey Navalni rəsmi olaraq gələn il baş tutacaq prezident seçkilərindən uzaqlaşdırılıb.

OTV xəbər verir ki, Mərkəzi Seçki Kommissiyası bu qərarı Navalnının adının rüşvətxorluq qalmaqallarında hallanması ilə izah edib. 41 yaşlı müxalif lider seçkilər zamanı Prezident Vladimir Putinin əsas rəqibi hesab edilirdi.

Rüşvətxorluğa qarşı keçirdiyi kompaniyalarla yadda qalan Navalni bu ilin əvvəllərində iğtişaş ittihamları ilə 5 il uzaqlaşdırma cəzası almışdı.

Bu qərara sərt reaksiya verən Aleksey Navalni öz tərəfdarlarını seçkini boykot etməyə çağırıb.

Məsələyə münasibət bildirən Mərkəzi Seçki Kommissiyası rəhbəri bildirib ki, bu qərar qanun çərçivəsində qəbul edilib və burada hər hansı qanun pozuntusu yoxdur.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 23 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 26.12.2017, 14:33

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM