Vyetnam öldürücü qasırğaya qarşı mübarizə aparır


Cənubi Çin dənizindən gələn qasırğa səbəbindən təxminən bir milyondan artıq insan cənubi Vyetnamdan evakuasiya edilir.

OTV xəbər verir ki, milli təhlükəsizlik komitəsinin verdiyi məlumata əsasən artıq aşağı hissələrdə yaşayan 70.000 insan köçürülüb.

Tembin qasırğası Flippində ən azı 230 insanın ölümünə səbəb olub və 75.000 insanı isə evsiz qoyub. Xilasedicilər itkin düşmüş 100 insanın axtarışlarını hələ də davam etdirirlər.

Vyetnam höküməti neft qurğuları və gəmilərinin xilas edilməsi və 62.000-dən çox balıqçı qayıqlarının dənizə buraxılmaması ilə bağlı əmr verib.

Mənbə: BBC

Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 117 | Kateqoriya: Gündəm Tarix: 25.12.2017, 17:27

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM