Meghan Markla və Şəhzadə Harri kral ailəsi yığıncağında iştirak ediblər


Şəhzadə Harri və Meghan Markla 1 ci gün Sandringhamda keçirilən Britaniya kral ailəsinin yeni il yığıncağında iştirak ediblər. 

OTV xəbər verir ki, ötən ay nişanlanan cütlük Londondan təxminən 100 mil məsafədə kraliçanın Norfolkda yerləşən malikanəsində yeni ili qeyd ediblər. Britaniya mətbuatının verdiyi məlumata görə, ilk dəfə olaraq kral ailəsinə daxil olmayan biri tədbirdə iştirak etməyə dəvət edilib. Yüzlərlə insan Harri və Meghanı qarşılamaq üçün malikanə ətrafına toplaşıb. Nəzərinizə çatdıraq ki, cütlük növbəti ilin mayın 19-da evlənməyi planlayıblar.



Mənbə: CNN
Tərcümə etdi: Sevinc Nəhmədova



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 155 | Kateqoriya: Gündəm Tarix: 25.12.2017, 16:21

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM