İsrail ordusu tərəfindən həyata keçirilən gecə reydləri zamanı 30 fələstinli həbs edilib


İsrail ordusu tərəfindən verilən məlumata görə, bazar günü Qərb Sahili boyunca aparılan gecə reydləri zamanı 30 fələstinli həbs edilib.

OTV-nin xəbərinə əsasən, bazar ertəsi ordu tərəfindən yayılan bəyanatda bildirilir ki, həbs edilən fələstinlilər terror fəaliyyətləri ilə bağlı sorğu-sual ediləcək şəxslərdir.

Məlumatlara əsasən , həbs edilənlərin 8-i Qərb Sahilinin şimalında yerləşən Qəsrə kəndindəndir.

Xatırladaq ki, İsrail ordusu “axtarışda olan” fələstinlilərin həbsi bəhanəsi ilə tez-tez işğal edilmiş Qərb Sahilində geniş miqyaslı əməliyyatlar keçirir.

Fələstin tərəfindən göstərilən rəsmi rəqəmlərə görə görə, hazırda 6,600 Fələstinli İsrail həbxsxanalarında saxlanılmaqdadır.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 120 | Kateqoriya: Gündəm Tarix: 25.12.2017, 16:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM