Qvatemala ölkə səfirliyini Qüdsə köçürür


Qvatemala rəhbərliyi bildirir ki, onlar yaxın zamanda ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırırlar. OTV-nin xəbərinə əsasən, ölkə prezidenti Cimmi Morales bildirir ki, bu qərar İsrail Baş Naziri Benyamin Netanyahu ilə aparalın danışıqlar nəticəsində verilib.

Qvatemala prezidenti öz bəyanatında qeyd edir ki, İsrail ölkənin əsas tərəfdaşlarından biridir və belə həssas bir məslədə onlar İsrailin yanındadırlar.

Qvatemala ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edən Avropa Birliyi qətnaməsinin əlehinə səs verən 9 ölkədən biri idi.

Xatırladaq ki, bu ayın əvvəllərində ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımış və tezliklə ölkə səfirliyinin buraya köçürələcəyini qeyd etmişdi.

 Mənbə: BBC
 Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 323 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 25.12.2017, 15:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM