Peru prezidentinin keçmiş ölkə liderini əfv etməsi ölkədə etirazlara səbəb olub » OTV - İnternet Televiziyası

Peru prezidentinin keçmiş ölkə liderini əfv etməsi ölkədə etirazlara səbəb olub


Peru prezidenti Pedro Pablo Kuçzinskinin sağlamlıq problemləri səbəbindən keçmiş ölkə lideri Alberto Fujimorini əfv etməsi ölkədə etirazlara səbəb olub.

OTV xəbər verir ki, insan hüquqları pozuntuları və rüşvətxorluğa görə görə 25 illik həbs cəzası alan 79 yaşlı keçmiş lider Fujimori səhhətindəki problemlər səbəbindən bazar günü xəstəxanaya yerləşdirilib.

Cənab Kuçzinsi bu əfv etmənin impiçmentdən qaçış üçün atılmış addım olması xəbərini inkar edir.

Bu xəbər mətbuatda yayıldıqdan sonra paytaxt Limada polis və etirazçılar arasında toqquşma yaşanıb.

Peru Konqresində Prezident Kuçzinskinin partiyasının iki üzvü-Viçente Zeballos və Alberto de Belaunde əfvetməyə etiraz əlaməti olaraq istefa verib.

Bununla belə, ölkəni 1990-2000-ci illər arasında idarə etmiş Fujimorinin tərəfdarları əfv etmə xəbərini aldıqdan sonra xəstəxananın həyətində bu hadisəni böyük coşğu ilə qeyd ediblər. Fujimorini insanların sevimlisi edənsə, Maoist üsyançıları ilə apardığı mübarizə olub.

Məlumat üçün bildirək ki, adı rüşvətxorluq qalmaqallarında hallanan ölkə prezidenti Kuçzinskinin impiçment edilməsi üçün keçən həftə Konqresdə səsvermə keçirilmişdi. Onu hakimiyyətdən uzaqlaşdırmaq istəyən partiya isə, keçmiş liderin qızı Keiko Fujimorinin rəhbərlik etdiyi mühafizəkar Məşhur Güclər Partiyası idi. Lakin səsvermə zamanı Keikonun qardaşının səyləri nəticəsində Kuçzinski hakimiyyətdə qalmış və onun müqabilində də atası Fujimori səhhət problemləri bəhanəsiylə azadlığa buraxılmışdı.

Bu hadisə ölkədəki vətəndaşları və beynəlxalq insan hüquqları müdafiəçilərini hiddətə gətirib. Onlar hakimiyyəti əldə saxlamaq üçün insanların bu şəkildə aldadılmasını qətiyyətlə pisləyirlər.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 212 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 25.12.2017, 15:24

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM