Kabulda partlayış baş verib


Rəsmi məlumatlara əsasən, Kabulda Əfqanıstan kəşfiyyat agentliyi birləşmələri yaxınlığında baş verən terror aktı nəticəsində 10 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. OTV-nin xəbərinə əsasən, canlı bomba özünü partladarkən kəşfiyyat agentliyinin əməkdaşları işə gəlirmişlər.

Terrorun qurbanları arasında hadisə zamanı maşınla oradan keçən bir qadın da olub.

Sünni Müsəlman hərbi qrup İslam Dövləti hadisəyə görə məhsuliyyəti öz üzərinə götürüb.

Kabuldakı xəstəxana rəhbərlərinin sözlərinə görə itkilərin sayı arta bilər.

Son aylarda Əfqanıstanda baş verən belə bomba hücumlarının sayı artıb.

Keçən həftə İslam Dövləti kəşfiyyat agentliyinə məxsus təlim mərkəzini hədəf kimi seşmişdi. Məlumat üçün bildirək ki, adı çəkilən cihadçı qrup 2015-ci ilin yanvarından etibarən Əfqanıstanda aktiv fəaliyyət göstərir.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 122 | Kateqoriya: Gündəm Tarix: 25.12.2017, 14:39

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM