San Fransiskoda terror aktı törətməyə hazırlaşan şəxs həbs edilib


Federal Tədqiqatlar Bürosunun əməkdaşları Milad bayramından sonra San Fransiskoda terror aktı törətməyi planlaşdıran keçmiş dənizçini həbs ediblər.

OTV xəbər verir ki, 25 yaşlı Everitt Aaron Cemson gizli FTB agentləri ilə terror planlarını müzakirə etdikdən sonra həbs edilib. Cinayət sənədlərində göstərilir ki, onun hədəfi turistlər arasında məşhur olan Pier 39 ərazisi olub.

Hökumət nümayəndələri bildirirlər ki, cinayətkarın evində aparılan axtarış nəticəsində çoxlu oldu silah və hücumla bağlı məktub aşkar edilib. İslamı qəbul etmiş şəxsin məktubunda Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından bəhs edilir.

Sosial mediada tez-tez özünün radikal cihad inamlarından və eyniadlı İslam Dövlətinə dəstəyindən bəhs edən cənab Everitt sentyabr ayından atibarən FTB agentlərinin diqqətini cəlb edib.

Onun gizli FTB agentləri ilə baş tutan son danışıqları zaman isə terror aktını törətməydə tərəddüd etdiyi, qərarında qəti olmadığı göstərilməkdədir.

Həbs edilən şəxs xarici terror təşkilatlarına maddi dəstəyə cəhddə təqsirli bilinir.

Everitt Aaron Cemson 2009-cu ildə ABŞ Dəniz Korpusundakı təlimlərə qatılsa da. qısa müddət sonra astma səbəbindən oranı tərk etməli olub.

Mənbə:BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 248 | Kateqoriya: Gündəm / Dünya Tarix: 23.12.2017, 16:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM