Kaliforniyada ölkə tarixinin ən böyük yanğını yaşanmaqdadır


Kaliforniyada 700-dən çoxu evi məhv edən ölümcül meşə yanğınları ölkə tarixində rekord göstəricidir. OTV-nin xəbərinə görə, Tomas yanğını nəticəsində yanan ərazi 1000 kvadratkilometrdən çoxdur və müqayisə üçün bildirək ki, bu Nyu York, Brüssel və Parisin ümumi ərazisindən çoxdur.

Yanğın dekabrın əvvəllərində Santa Paulada başlamış və daha sonra qərbə doğru irəliləmişdi. Minlərlə yanğınsöndürən yanğına nəzarət etmək üçün çalışmaqdadır.

Elm adamlarının sözlərinə görə, Kaliforniyadakı ən dəhşətli meşə yanğınlarının məhz 21-ci əsrdə qeydə alınması iqlimin istiləşməsi və yüksək mərtəbəli binaların tədricən vəhşi təbiəti işğal etməsi ilə əlaqədardır.

Tomas yanğını 1000-dən çox binanı məhv etmiş və Kory İverson adlı bir yanğınsöndürənin həyatını itirməsinə səbəb olmuşdu.

Hazırda yağış və zəif külək səbəbindən yanğının sürəti bir qədər zəifləməkdədir.

Dövlət yanğın agentliyindən verilən məlumata görə artıq yanğının 65%-nin qarşısı alınıb və işçilərin fəaliyyəti nəticəsində bu göstəricinin yüksəlməsi gözlənilməkdədir.

Məlumat üçün bildirək ki, Kaliforniyanın ənböyük 10 yanğının 7-i məhz 2000-ci ildən sonra qeydə alınıb və hələki Tomas onların ən dəhşətlisidir.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 45 | Kateqoriya: Gündəm / Hadisə Tarix: 23.12.2017, 15:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM