Kent şahzadəsi taxdığı irqçi sancaq üçün üzr istəyib


Kent Şahzadəsi Maykl taxdığı geyim sancağının narazılıqlara səbəb olmasından sonra insanlardan üzr istəyib.

OTV xəbər verir ki, çərşənbə günü Bukinqam sarayında təşkil edilən Milad banketinə qatılan şahzadənin qara fiqurlu sancağı heç də birmənalı qarşılanmayıb.

Şahzadə Harrinin qarışıq irqdən olan nişanlısı Meqan Markl da dəvətlilər arasında olub. İnsanlar düşünürlər ki, Meqnin da dəvətə qatılacağından xəbərdar olan şahzadə bu sancağı taxmaqla düşüncəsizlik edib.

Saray sözcüsünün verdiyi məlumat əsasən, şahzadə yanlış anlaşıldığı üçün çox kədərlidir və insanlardan üzr istəyir.

Məlumat üçün bildirək ki, 17-18-ci əsrlərdə çox məşhur olan Blackmoor fiqurları üzərində afrikalı qadın və kişilər təsvir edilib.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 89 | Kateqoriya: Gündəm Tarix: 23.12.2017, 13:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM