Flippindəki tropik tufan nəticəsində onlarla insan həyatını itirib


Rəsmi məlumatlara əsasən, Flippinin şimalında tüğyan edən tropik tufan nəticəsində 74 nəfər həlak olub, onlarla insan itkin düşüb.

OTV xəbər verir ki, Tembin tufanı Mindanao adasına xeyli daşqın və palçıq yığını gətirib.

Tufandan ən çox əziyyət çəkən şəhərlər isə Tubod və Piagapodur.

Saatda 80 kilometr sürətlə hərəkət edən Tembin tufanı Minadano adasını keçdikdən sonra Palavanın cənubuna doğru irəliləməkdədir.

Flippin tez-tez dəhşətli tufanlardan əziyyət çəksə də, ilk dəfədir ki, Mindanao tufana tuş gəlir. Tubod polisinin verdiyi məlumata əsasən adı çəkilən şəhərdə ən azı 18 insan həyatını itirib.

Hazırda ərazidə işləyən könüllülər palçıq qalıqları altındakı insan cəsədlərini çıxarmağa və sıradan çıxmış kommunikasiya xətlərini bərpa etməyə çalışırlar.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 137 | Kateqoriya: Gündəm Tarix: 23.12.2017, 12:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM