Tramp Şimali Koreyaya qarşı tətbiq edilən yeni sanksiyaları yüksək qiymətləndirir


ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın son ballistik raket testlərinə cavab olaraq Avropa Şurası Təhlükəsizlik Şurası tərəfindən ölkəyə tətbiq edilən yeni sanksiyaları yüksək qiymətləndirir.

OTV-nin xəbərinə əsasən, Prezident öz twitter hesabındakı paylaşımı zamanı bildirib ki, bu sanksiyaların qəbulu dünyanın ölüm deyil,məhz sülhü istədiyini göstərir.

AB tərəfindən hazırlanan sanksiyalara Şimali Koreyaya olan neft ixracının 90%-ə qədər azaldılması nəzərdə tutulub. Pxenyanın əsas ticarət tərəfdaşları olan Çin və Rusiya da qətnamənin lehinə səs verib.

Şimali Koreyanı “müasir dövrdə iblisin ən dəhşətli nümunəsi” kimi təsvir edən ABŞ-ın AB-dəki səfiri Nikki Haley bildirib ki, bu sanksiyaların qəbulu gələcəkdə Şimali Koreyaya qarşı daha böyük cəza tədbirlərinin tətbiq ediləcəyinə bir mesajdır.

Sanksiyalarda Şimali Koreyaya itxal edilən neft məhsullarının 500.000 barellə, xam neftin isə 4 milyon barellə məhdudlaşdırılması nəzərdə tutulub. Bundan başqa xarici ölkələrdə işləyən Şimali Koreyalı işçilər 24 ay müddətində ölkələrinə qaytarılacaq və Şimali Koreyaya itxal edilən dəzgahlar və elektrik avadanlıqlarının sayı məhdudlaşdırılacaq.

Məlumat üçün bildirək ki, bu Şimali Koreyaya qarşı tətbiq edilən ilk sanksiyalar deyil. 10 ildən artıqdır ki,qapalı ölkəyə qarşı bir çox cəza tədbirləri həyata keçirilsədə də, onlar ölkəni atdığı addımlardan heç də çəkindirməyib.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 211 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 23.12.2017, 12:19

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM