Ərdoğan Putinə təşəkkür etdi


Çərşənbə axşamı baş tutan Avropa Birliyi Baş Assambleyası səsverməsindən sonr Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib. OTV xəbər verir ki, prezidentə yaxın olan mənbələedən əldə edilən məlumatlara əsasən, Ərdoğan Trampın mübahisəli Qüds qərarının ləğvinə yönəlmiş səsvermə zamanı Avropa Birliyi Baş Assambleyası qətnaməsinin lehinə səs verdikləri üçün rusiyalı prezidentə təşəkkür edib. Telefon danışığı zamanı qarşıdan gələn Astana danışıqları və gələcəkdə enerji və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri də müzakirə edilib.

Məlumat üçün bildirək ki, dekabrın 6-da Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün dünyada etirazlara səbəb olmuş və bunun nəticəsi olaraq da çərşənbə axşamı Avropa Birliyi Baş Assambleyasında bu qərarın ləğvi ilə bağlı qətnamə səs çoxluğu ilə qəbul edilmişdi.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 311 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 22.12.2017, 17:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM