“Simvolik” mavi Britaniya pasportları geri qayıdır


Britaniya Avropa Birliyindən çıxdıqdan sonra şərab rəngi Britaniya pasportları mavilərlə əvəz ediləcək. OTV-nin məlumatına əsasən, Britaniyanın İmmiqrasiya Naziri Brandon Levis 100 ildən çox tarixi olan mavi və qızılı pasportların yenidən istifadəsindən məmnunluq hissi keçirdiyini bildirib. Mavi rəngli pasportlar 2019-cu ilin oktyabrından pasportunu yeniləyən və ya pasporta müraciət edən vətəndaşlara veriləcək.

Britaniya Avropa Birliyinə qoşulduqdan sonra şərab rəngi pasportun istifadəsinə başlanılıb və bu hal artıq 30 ildən çoxdur ki, davam etdirilməkdədir. Britaniyalı mütəxəsislərin çoxu düşünürlər ki, yeni pasporta keçid milli dəyərlərə qayıdışı təmsil edir. Pasport indeksin verdiyi məlumata əsasən, mavi rəngli pasportlar dünyada çox məşhurdur və 76-dan çox ölkə bundan istifadə etməkdədir.

Nazir Levis onu da əlavə edib ki, qanunsuzluqların qarşısını almaq məqsədilə yeni pasportlardakı təhlükəsizlik xüsusiyyətləri yenilənəcək.

Məlumat üçün bildirək ki, 2019-cu ilin martında Britaniya Avropa Birliyindən çıxdığı zaman şərab rəngli pasportların istifadəsi davam etdirilsə də, onun Avropa Birliyi ilə hər hansı bir bağlılığı olmayacaq.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 114 | Kateqoriya: Gündəm / Dünya Tarix: 22.12.2017, 17:32

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM