Peru prezidenti impiçmentdən canını qurtara bildi


Peru prezidenti Pablo Kuçzniski konqresdə keçirilən impiçment səsverməsində qalib gəlməyi bacarıb.

OTV xəbər verir ki, prezidentin rəqibləri Braziliyanın inşaat nəhəngi Odebrechtdən rüşvət almasına görə onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirdilər. İddialarla bağlı olaraq prezident 10 saat ərzində konqres qarşısında özünü müdafiə edib. Prezident ona qarşı olan iddiaları inkar edərək bildirib ki, hökumətdə vəzifə tutduğu zamanlarda şirkətlə hər hansı maliyyə əməliyyatları həyata keçirməyib. İmpeçmentin tətbiq edilməsi üçün səslərin sayının 87-ni keçməsi tələb olunsa da, səsvermədə iştirak edənlərin yalnız 79-u prezidentin gedişinə səs verib.

Siyasi analtitklər düşünürlər ki, prezidentin impeçmentini 2016-cı ildəki prezident seçkilərini cüzi fərqlə uduzan rəqib partiya təşkil edib.

Məlumat üçün bildirək ki, Perudakı bu rüşvətxorluq qalmaqalına ölkənin keçmiş prezidentləri də daxil olub. Hazırda ölkənin keçmiş prezidenti Ollanta Humala və onun həyat yoldaşı Nadine Heredianın məhkəmə prosesi davam etdirilməkdədir.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 89 | Kateqoriya: Gündəm Tarix: 22.12.2017, 15:37

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM