Şimali Koreya təqvimlərində Kim Yonq-unun doğum günü unudulub

Şimali Koreyada dərc edilən yeni il təqvimlərində ölkənin 6 ildir hakimiyyətdə olan liderinin doğum günü yenə də bayram günü kimi qeyd edilməyib.
OTV xəbər verir ki, Kim Yonq-unun doğum günü olan 8 yanvar tarixi iş gün olacaq. Ölkənin əvvəlki liderlərlərinin doğum günləri ölkədə qeyri-iş günü olub və bayram şənlikləri ilə qeyd edilib. Bu səbəbdən də Kimin doğum gününün bayram olmaması insanların təəccübünə səbəb olub. Digər maraqlı məqam ondadır ki, adətən hərbi gücün təbliğinə yönələn təqvimlərdə bu il ölkənin istehsal etdiyi məhsulların nümayişinə xüsusui diqqət ayrılıb. Xatırladaq ki, qapalı ölkədə istehsal edilən bu təqvimlər rəsmi idarələr və xarici ölkələrdəki bir sıra Şimali Koreya restoranlarında yerləşdirib.
Mənbə: BBCTərcümə: Firuzə Məmmədova OTV üçün
Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.