Avropa Birliyi Trampın bəyənnaməsini qəbul etmir


Avropa Birliyi Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıdığı bəyənnamənin ləğvinə çağıran qətnaməni səsverməyə çıxarıb.

OTV-nin xəbərinə əsasən qətnamənin mətnində bildirilir ki, şəhərin statusu haqqında qərar çox mənasızdır və ləğv edilməlidir. Bu qətnamə 128 ölkə tərəfindən qəbul edilib, 35 ölkə bitərəf mövqe tutub və 9 ölkə isə qətnamənin əleyhinə səs verib.

Qətnamənin əleyhinə səs verən ölkələr ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauuru, Palau və Toqodur. Bitərəf ölkələr arasında Meksika və Kanada da diqqət çəkir. Onların bu addımı atmasının səbəbi ABŞ-la olan münasibətlərini zədələməmək istəyidir. Belə güman edilir ki, qətnamənin lehinə səs verən ölkələr arasında Avropa Birliyi Təhlükəsizlik Şurasının dörd daimi üzvünün (Çin, Fransa,Rusiya və BK) olması Trampı bu qərarı bir daha düşünməyə vadar edəcək.

Mənbə:BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 241 | Kateqoriya: Gündəm Tarix: 22.12.2017, 14:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM